Hakerlər məşhur şirkətin saytını sındırıblar

Hakerlər məşhur şirkətin saytını sındırıblar
03:16 27 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

“Kərtənkələ dəstəsi” adlanan hakerlər “Malaysia Airlines” aviaşirkətinin saytını sındırıblar.

ANS PRESS-in məlumatına görə, haker hücumu nəticəsində “malaysiaairlines.com” saytına daxil olduqda “Xəta 404” - təyyarə tapılmayıb. “Kərtənkələ dəstəsi” – rəsmi “Kiberhəlifət” tərəfindən sındırılıb” yazısı və kostyumda kərtənkələ şəkli yerləşdirilib. Bu barədə “ICTnews” xəbər xidməti bildirir.

Hazırda “Malaysia Airlines”in heç bir servisi işləmir. Şirkətin nümayəndələri bildiriblər ki, hakerlər domen adları sisteminin mühafizəsini sındırıblar, server və məlumat bazalarına ziyan dəyməyib. Lakin hakerlər öz “Twitter” hesablarında deyirlər ki, onların istifadəçi məlumatlarına çıxışları var.

Bu ay eyni qruplaşma ABŞ-ın Mərkəzi baş komandanlığının “Twitter” və “YouTube” akkauntlarının sındırılmasını boynuna alıb və yüksəkrütbəli hərbiçilərin telefon nömrələrini açıqlayıblar.

Qeyd edək ki, ötən il “Malaysia Airlines”in iki təyyarəsi aviaqəza qurbanı olub. Mart ayında şirkətə məxsus “Boeing 777”, Kuala-Lumpurdan Pekinə uçaraq 239 sərnişinlə itib və bu günədək tapılmayıb. İyul ayında isə Ukrayna üzərində Amsterdamdan Kuala-Lumpura gedən təyyarə vurulub və onun içində olan 298 nəfər həlak olub. Hazırda bu qəzaların səbəbləri öyrənilir.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR