Arif Hacılıdan Qubad İbadoğluna: "Artığını edə bilməzdi"

Arif Hacılıdan Qubad İbadoğluna: "Artığını edə bilməzdi"
22:09 27 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi.Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı". Lent.az-ın məlumatına görə, bunu Müsavat başqanı Arif Hacılı facebbok səhifəsində qeyd edib. Keçən il keçirilmiş partiya qurultayında başqan seçilən A.Hacılı əlavə edib: "Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampanniyanın lideri olmamışdı. Ətrafındakı qrupla antimüsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi".

 

Qeyd edək ki, Q.İbadoğlu qurultayda Arif Hacılının başqanlıq seçkisində rəqibi olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR