ANS PRESS-in məlumatına görə, Boeing 777 təyyarəsi Londona uçurmuş. Lakin təyyarə havaya qalxan zaman qəfildən yanğın başlayıb. Dərhal içəridəki 159 sərnişin və 13 ekipaj üzvü təxliyə edilib.
İlkin olaraq xəsarət alanların iki nəfər olduğu bildirilsə də, sonradan onların sayı 14 nəfərə çatıb. Yaralılara tibbi yardım göstərilib. Təhlükəsizlik məqsədilə hava limanının bir hissəsi müvəqqəti olaraq istifadəyə bağlanılıb ki, bu da reyslərin gecikməsinə səbəb olub.
Yanğının nə səbəbdən baş verməsi hələ də araşdırılır.
Bu Boeing 777 sərnişin təyyarəsində baş verən ilk qəza deyil. Bundan əvvəl də iri həcmli qəzalar baş verib. Onlardan biri mart ayında Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinə uçan zaman olub. Təyyarə martın 8-də havaya qalxdıqdan bir qədər sonra radarlardan itmişdi. Yalnız martın 24-də Hind okeanında təyyarənin qalıqları tapılmışdı.
İçərisindəki 239 sərnişinin hamısı qəzada həlak olmuşdu. Malayziya hakimiyyəti həlak olanların ailələrinə 5 min dollar həcmində kompensasiya ödəyəcəyini bildirib.