Əli Tayebnia: “İranın nüvə proqramı ilə bağlı danışıqlarda müsbət dönüş Avropa ilə iqtisadi münasibətlərin inkişafına səbəb olacaq”

16:57 29 Yanvar 2015
308 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:51 ]


Bakı. Rüfət Əhmədzadə – APA. “Nüvə danışıqlarında müsbət dönüş Avropa ilə iqtisadi münasibətlərin inkişafına səbəb olacaq”.

 

APA-nın məlumatına görə, bunu İranın iqtisadiyyat və maliyyə məsələləri naziri Əli Tayebnia Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, hazırda İranın nüvə proqramı ilə bağlı danışıqların uğurla davam etməsi ölkəsinə qarşı sanksiyaların tezliklə aradan qaldırılacağına ümid yaradır.

 

“Rusiyaya qarşı sanksiyalardan da əvvəl İrana iqtisadi əməkdaşlıq təklifləri var idi. Lakin nüvə proqramı ətrafında gedən danışıqlar, qərəzli yanaşmalar daha çox ön planda idi. İran sübut etdi ki, onun nüvə proqramı sülh məqsədlərinə xidmət edir. Artıq dünya dövlətləri ilə dialoqun uğurla başa çatması üçün müəyyən zəminlər var. Bizim əsas məqsədimiz də budur. Ümid edirik ki, yaxın zamanlarda nüvə danışıqları uğurla başa çatacaq və dünya dövlətləri ilə, o cümlədən Avropa İttifaqı ilə iqtisadi əlaqələrdə ciddi irəliləyişlər baş verəcək”, – deyə iranlı nazir vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370853

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR