O, Əl-Qamışlıda iğtişaşların qarşısının alınmasında iştirak edib
Suriya kürdləri Macarıstan və Serbiya sərhədində operatorun badalaq gəldiyi və sonradan "Xetafe" klubunda iş alan suriyalı futbol məşqçisi Osame Abdul Möhseni terrorçu "Əl-Qaidə" təşkilatının döyüşçisi olduğunu bildiriblər.
Oxu.az Gazeta-ya istinadən xəbər verir ki, "Demokratik Birlik" kürd partiyasının nümayəndələri bəyan ediblər ki, Möhsen "Əl-Qaidə"nin Suriya qanadına aid "Cəbhat ən-Nusra"nın yaraqlısı olub.
Sübut kimi, onlar Möshenin ləğv edilmiş Facebook səhifəsindən terrorçu təşkilata mənsub olduğunu bildirən skrinşotları göstəriblər.
Suriyalıların sözlərinə görə, Möhsen həmçinin 2004-cü ildə Əl-Qamışlı şəhərində iğtişaşların qarşısının alınmasında iştirak edib. Həmin hadisələrdə 50 nəfər ölmüşdü.
Milli.Az