​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib

​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib
07:27 29 Sentyabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda qurumun Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.
"Report" ATƏT-in rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan son gərginlik və iki ölkə rəsmiləri arasında aparılan danışıqlar prosesi barədə məlumatlandırılıb.
Daçiç təmas xəttində yaranan son gərginliyi qətiyyətlə pisləyib və tərəfləri maksimum dərəcədə təmkinli olmağa və gərginliyin aradan qaldırılması istiqamətində iş görməyə çağırıb.
ATƏT sədri Minsk qrupunun fəaliyyətini tam dəstəklədiyini bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliyə getməyə və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/atet-sedri-cebhede-yaranan-son-gerginliyi-qetiyyetle-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR