Prezident Macarıstan səfirinin etimadnaməsini qəbul edib

Prezident Macarıstan səfirinin etimadnaməsini qəbul edib
13:14 29 Sentyabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, səfir İmre Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib və etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

İmre Laslotski Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR