Salyanda futzal turnirinə start verilib

Salyanda futzal turnirinə start verilib
14:58 29 Sentyabr 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 29 sentyabr, Mahir Babayev, AZƏRTAC
Salyanda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional İdarəsinin təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illiyinə həsr olunan futzal turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, Olimpiya İdman kompleksində keçirilən turnirin açılış mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyinin Muğan Regional İdarəsinin rəisi Mehman Axundov nazirliyin yaradılması tarixi haqqında məlumat verib. Qeyd edib ki, fəaliyyət göstərdiyi 10 il ərzində nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb. Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğısını diqqətə çatdıran idarə rəisi bildirib ki, məhz bunun nəticəsi olaraq maddi-texniki baza gücləndirilib, kadr hazırlığı artırılıb, məlumat mübadiləsinin aparılması və digər sahələrdə nailiyyətlər əldə olunub.
Salyan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov Fövqəladə Hallar Nazirliyinin yarandığı qısa müddət ərzində keçdiyi yola nəzər salıb və imza atdığı mühüm layihələri diqqətə çatdırıb. Bu sahədə çalışanları təbrik edən E.Hüseynov onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Sonra Muğan Regional İdarəsinin əhatə etdiyi rayonların sözügedən qurumların təmsilçilərindən ibarət komandalarının futzal yarışına start verilib. Səkkiz komandanın iştirak etdiyi turnir üç gün davam edəcək, qaliblər kubok və diplomla mükafatlandırılacaqlar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_futzal_turnirine_start_verilib-888155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR