Xalq artisti Flora Kərimova həmkarları Nisə Qadımova ilə Brilliant Dadaşova arasında baş verən qalmaqala münasibət bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV Maqazin" verilişinə açıqlmasında tərəfləri barışığa səsləyib:

"İkisi də gözəl müğənni, sənətkardır. Bəzən elə olur ki, xətirə dəyilir. Elə söz deyilir ki, ürək düzəlmir. Qəlb inciyəndə barışmaq olmur. İkisinin də sənətini, özünü sevirəm. Çətindir yaxşı ilə pisi ayırd etmək. Bir-birinin xətrinə ciddi dəyməyiblərsə, barışsınlar. Sənətkar sənətkar qarşısında baş əyməz, əlini sıxar. Dünyasını dəyişənlərin sənətinin qarşısında baş əymək olar".

Qeyd edək ki, N.Qasımova B.Dadaşovadan onun mahnısını icazəsiz oxuduğu üçün inciyib.

Milli.Az