İsmayıllının Xanagah kəndinə təbii qaz verilib

İsmayıllının Xanagah kəndinə təbii qaz verilib
20:18 29 Sentyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 29 sentyabr, AZƏRTAC
İsmayıllı rayonunun Xanagah kəndinə təbii qaz verilib. Kəndin qazlaşdırılmasında 9200 metr müxtəlif diametrli borudan istifadə olunub. 186 abonenti olan kənddə bütün evlər sayğaclaşdırılıb.
AZƏRTAC xəbər verir ki, kəndə “mavi yanacağ”ın verilməsi təntənəli mərasimlə qeyd olunub. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, “Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Elşən Rəhimov sakinləri təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Mərasimdə çıxış edən kənd ağsaqqalları, məcburi köçkünlər, ziyalılar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ismayillinin_Xanagah_kendine_tebii_qaz_verilib-888320

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR