ABŞ-da ölkənin sabiq prezidenti Bill Klinton və onun xanımı, sabiq dövlət katibi Hillari Klintonla bağlı kitab satışa çıxarılacaq.
Milli.Az New York Daily News-a istinadən bildirir ki, "The Clintons' War On Women" kitabının müəllifləri məşhur amerikalı politoloq Rocer Stoun və siyasi ekspert, jurnalist Robert Merroudur.
Stoun illərdən bəri milyarder Donald Trampın siyasi müşaviri olub.
Bu il ABŞ-da keçiriləcək prezident seçkilərinə Donald Tramp Respublikaçılar, Hillari Klinton isə Demokratlar Partiyasından namizəd qismində qatılıblar.

Kitabda bildirilir ki, 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş Bill Klinton illər boyu arvadı Hillariyə xəyanət edib.
"Hər dəfə yeni xəyanətdən xəbər tutan Hillari Klinton hirslənir, "cin atına minir"di. O, əlinə keçəni əri Billin başına vurur, onu cırmaqlayırdı".
Kitabda daha sonra bildirilir ki, Hillari Klinton ölkə rəhbərliyinin mühafizəsi ilə məşğul olan "Secret Servis"in əməkdaşları ilə daim münaqişlərədə olub. Belə münaqişələrdən birinin səbəbi mühafizəçinin H.Klintonun çantasını daşımaqdan boyun qaçırması idi.

"Klintonlar ailəsinin sirləri çoxdur. Bu ailənin üzvlərindən biri narkotik maddələrdən asılı olub və bəladan qurtulmaq üçün müalicə alıb. Təbii ki, müalicə ilə bağlı faktlar ictimaiyyətdən, mediadan gizlədilib", - kitabda vurğulanır.

Kitab oktyabrın 13-də satışda olacaq.
Seçkiqabağı mübarizədə Hillari Klinton milyarder Donald Trampın əsas rəqiblərindən biridir.
D.Tramp respublikaçı namizədlər, H.Klinton isə demokratlar arasında liderdir.

Milli.Az

Böyük qalmaqal: Hillari Kliton ərini döyür, cırmaqlayır - FOTO