Salyanda qəza baş verib, çoxlu sayda xırdabuynuzlu heyvan tələf olub

22:22 28 Dekabr 2014
74 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Dekabr 2014 22:20 ]

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda baş verən yol qəzasında çoxlu sayda xırdabuynuzlu heyvan tələf olub. APA-nın Mil-Muğan bürosuna Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, axşam radələrində Ələt-Astara magistral yolunun 77-ci kilometrliyində Salyan rayonunun Dayıkənd kəndi ərazisində qeydə alınıb.

 

Qaradağ rayonunun Qobustan qəsəbəsinin sakini Rəcəb Nəbiyevin idarə etdiyi  "Kamaz" markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən örüşdən qayıdan qoyun sürüsü qarşısına çıxıb. Nəticədə Dayıkənd sakini,  Elxan Bəşirovun təsərrüfatına məxsus 12 baş qoyun tələf olub, 2-si isə yaralanıb, ümumilikdə 3 min manata yaxın maddi ziyan dəyib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR