2014-ün təyyarə qəzaları

2014-ün təyyarə qəzaları
08:56 29 Dekabr 2014
114 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ildə təyyarə qəzalarında ən çox itkini Asiya regionu verib.

ANS PRESS-in məlumatına görə, ümumiyyətlə keçən ildə aviaqəzalarda bütün dünya üzrə itkin düşən və ölənlərin sayı 900-nəfərə yaxındır.

3 böyük qəza hava ilə əlaqədar, 2 təyyarə şərqi Ukraynada vurulub, 1 qəzanı da texniki nasazlıqla əlaqələndiriblər.

İlk səs küylü təyyarə qəzası fevralın 11-də baş verib. Əlcəzair hərbi-hava qüvvələrinə aid hərbi daşıyıcı Lockheed C-130 Hercules Tamanrassetdən Konstantin şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza zamnı təyyarənin göyərtəsində 78 hərbiçi və şəxsi heyyət olub. Onlardan bir nəfər qəzadan sağ çıxıb. Əlcəzair müdafiə nazirliyi qəzanı hava şəraiti ilə bilavasitə Oum El-Bouaqi dağı ərazisində fırtına ilə əlaqələndirib.

8 mart tarixində Malaziya hava yollarına aid 370 reysi Kuala Lumpur- Pekinə yolunda radarlarlardan itib. 239 sərnişin və şəxsi heyyət olan təyyarədən bu günə kimi heç bir iz yoxdur. Axtarışlar 23 min mil ərazini əhatə edib.

14 iyun tarixində hərbiçi və avadanlıq daşıyan Ukrayna hərbi-hava qüvvələrinə aid İlyuşin-II-76 təyyarəsi ölkənin şərqində Luqansk aeraportuna uçarkən zenit qurğusu ilə vurulub. Göyərtədə olan 49 nəfərin hamısı həyatını itirib.

23 iyulda Tayvanın daxili hava yollarına aid TransAsia Airways 222 reysi Kosyunq beynəlxalq hava limanından uçduqdan sonra, Penqu adasında olan güclü yağış və külək nəticəsində qəzaya uğrayıb. Göyərtədə olan 58 nəfərdən 10-u sağ qalıb. Aviasiya komissiyasının yekun qərarına əsasən, pilotlar 1-ci uğursuz enişdən sonra, 2-ci dəfə eniş zolağını görə bilməyiblər.

24 iyul Əlcəzair hava yollarının Air Algérie Flight 5017 reysi Burkina-Fasodan Əlcəzairə uçan zaman göydə parçalara bölünüb. Göyərtədə olan bütün118 nəfər həlak olub.

10 avqustda İran daxili Sepaqan hava yollarına aid Tehrandan Tabasa uçan Sepahan Airlines Flight 5915 reysi uçuşdan dərhal sonra yerə düşür. 48 sərnişin və şəxsi heyyətdən 39 həlak olur. Daha sonra İran rəsmiləri sağ qalanların yanğın nəticəsində öldüklərini bildirir. Faciənin səbəbi kimi mühərrikin nasazlığı adlandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR