V çağırış parlament seçkilərinin artıq ilkin nəticələri açıqlanlıb. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparıb.

ANS PRESS-in məlumatına görə, ali qanunverici orqana 26 yeni deputat seçilib.

Parlamentin yeni 26-ları
Parlamentin yeni 26-ları
Parlamentin yeni 26-ları

İlkin nəticələrə görə, Milli Məclisin yeni tərkibində qadınların sayı dəyişməyib. Bu dəfə də 20 xanım deputat parlamentdə təmsil olunacaq. 2010-cu ildə seçilən parlamentin tərkibində də xanım deputatların sayı eyni sayda olub.

Bu dəfə mandat qazanmayanlar Leyla Abdullayeva, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədovadır. Gülər Əhmədova isə namizədliyini irəli sürməyib.
Növbəti 5 ildə Milli Məclisdə təmsil olunacaq qadın deputatlar:

6 saylı Culfa–Babək seçki dairəsi - Ülviyyə Həmzəyeva

14 saylı Xəzər seçki dairəsi - Mehriban Əliyeva

16 saylı Yasamal ikinci seçki dairəsi - Aytən Mustafayeva

21 saylı Nəsimi birinci seçki dairəsi - Məlahət İbrahimqızı

25 saylı Nizami ikinci seçki dairəsi - Sədaqət Vəliyeva

27 saylı Sabunçu ikinci seçki dairəsi - Dilarə Cəbrayılova

30 saylı Suraxanı birinci seçki dairəsi - Sevinc Fətəliyeva

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi - Pərvin Kərimzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsi - Zeynəb Xanlarova

71 saylı Masallı kənd seçki dairəsi - Elmira Axundova

84 saylı Füzuli seçki dairəsi - Bahar Muradova

92 saylı Zərdab-Ucar seçki dairəsi - Jalə Əliyeva

93 saylı Bərdə şəhər seçki dairəsi - Gövhər Baxşəliyeva

98 saylı Şəmkir şəhər seçki dairəsi - Sahibə Qafarova

99 saylı Şəmkir kənd seçki dairəsi - Sona Əliyeva

103 saylı Gədəbəy seçki dairəsi - Sevinc Hüseynova

105 saylı Tovuz seçki dairəsi - Qənirə Paşayeva

111 saylı Zaqatala-Balakən seçki dairəsi - Kamilə Əliyeva

117 saylı Oğuz-Qəbələ seçki dairəsi - Aqiyə Naxçıvanlı

122 saylı Xankəndi seçki dairəsi - Flora Qasımova


125 qalib arasında ən cavan və ən yaşlı deputatın da adı açıqlanıb.

Milli Məclisə seçilən ən cavan deputat Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Şahin İsmayılovdur. 1986-ci il təvəllüdlü (29 yaş ) Şahin İsmayılov 81 saylı Beyləqan seçki dairəsinin seçicilərini növbəti 5 il müddətində parlamentdə təmsil edəcək.

Milli Məclisin ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron -Qobustan seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.