Qarabağ necə qaytarılır?

Qarabağ necə qaytarılır?
15:46 29 Dekabr 2014
101 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Qarabağın qaydarılması əvəzində Avrasiya İttifaqına gərməyəcək”.

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı məqalədə bildirib.

“Rusiyanın Avrasiya İttifaqı və KTMT kimi layihələrində Azərbaycan manevr imkanlarını itirə bilər. O da öz maraqlarına zidd olan müəyyən öhdəlikləri götürə bilər. Çünki bu layihələrə daxil olmuş başqa ölkələrin başına gəlir”,- deyə jurnalist bildirib.

Qaqriyan ehtimal edir ki, Azərbaycana belə bir təklif edilib. “Həmçinin Moskva və Bakı Azərbaycan ərazisindən istifadə etməklə Ermənistanı blokadan çıxarmaq imkanlarını müzakirə ediblər. Söhbət gəzirdi ki, bu danışıqlarda həm də erməni tərəfi iştirak edib”, - deyə Haykazn Qaqriyan vurğulayıb.

Onun fikrincə, Ermənistanın Avrasiya İttifaqına girməsi Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edilməsinə böyük təkan verir. Jurnalist etiraf edir ki, indiyə kimi Qarabağda müstəqil Ermənistanın ordusu vuruşub: “Hazırda isə Avrasiya İttifaqına daxil olmuş Erməistanın fəaliyyət azadlığı məhdudlaşdırılıb və vəziyyət dəyişib”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR