İrandan Azərbaycana narkotik keçirmək cəhdləri alınmadı

İrandan Azərbaycana narkotik keçirmək cəhdləri alınmadı
16:08 12 Noyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elmir Murad/

Gömrükçülər İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əkbər Məmmədov gömrük nəzarətindən keçərkən ona məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 ml həcmində metadon məhlulu aşkar olunub.

Bundan başqa, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əhməd Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VITAMIN C” sözləri yazılmış dərman qutusunda 99 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. Yəni bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 1500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 1,5 qram, 99 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,98 qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR