Üç cüdoçumuz Avropa çempionatına qələbə ilə başlayıb

Üç cüdoçumuz Avropa çempionatına qələbə ilə başlayıb
16:08 13 Noyabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Bratislavada gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə altı Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.
Cüdoçumuz Davud Məmmədov (60 kq) ilk görüşdə kiprli İrodotos Kelpisi məğlub edib. Növbəti mərhələdə onun rəqibi rusiyalı Savva Karakizidi olacaq.
Rəşad Rufullayev (66 kq) start döyüşünü zəfərlə tamamlayaraq ispaniyalı rəqibi Daniel Peresdən üstün olub. O, növbəti görüşünü Polşa təmsilçisi Mixal Bartusikə qarşı keçirəcək.
Daha bir qələbəni qadın təmsilçimiz Səkinə Zairova (57 kq) qazanıb. Birinci döyüşdə ev sahibi cüdoçu Maqdalen Muzikovaya qalib gələn həmyerlimiz növbəti mərhələdə Sloveniya idmançısı Manya Kropfla üz-üzə gələcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR