Kuala Lumpur, 20 noyabr, AZƏRTAC
Malayziya polisinə paytaxt Kuala Lumpurda noyabrın 21-də başlayacaq Şərqi Asiya sammiti çərçivəsində tədbirlər zamanı terror aktları törədiləcəyi ilə bağlı məlumat daxil olub.
Məsələyə münasibət bildirən Malayziya polisinin rəisi Xalid Əbu Bakar deyib: “Bizə Malayziyada terror aktları törədiləcəyi barədə məlumatlar daxil olub. Hazırda bu informasiya dəqiqləşdirilir”.
Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, sammitin keçiriləcəyi yerə iki min nəfərlik əlavə hərbi qüvvələr cəlb edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur