Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 30-da "Bank of Baku" "Fiziki məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin 40 nəfərə yaxın iştirakçısı üçün Azərbaycanda ilk əngəlsiz karyera sərgisini təşkil edəcək.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yerli və beynəlxalq şirkətlərin iştirak edəcəyi bu sərgidə fiziki məhdudiyyəti olmasına baxmayaraq, iştirakçılar özlərini tamhüquqlu namizəd kimi təqdim edə və mövcud vakansiyalar üzrə bacarıqlarını nümayiş etdirə biləcəklər.