ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının məhv edəcəyinə söz verib.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ prezidenti Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) liderlərinin görüşündə bildirib. "İŞİDin məhv edilməsi təkcə real hədəf deyil. Biz onları məhv edəcəyik", - deyə Obama bəyan edib.

Obama həmçinin İŞİD liderlərini tapmağa, qruplaşmanı maliyyə kanallarından məhrum etməyə və silahlıların nəzarət etdiyi əraziləri azad etməyə hazırlaşdığını qeyd edib.

Obama: "İŞİDi məhv edəcəyik"
Barak Obama CŞAÖA sammitində çıxış edir


Daha əvvəl ABŞ İŞİD liderlərindən biri olan Əbu Məhəmməd Əş-Şimali haqda məlumata görə 5 milyon ABŞ dolları civarında mükafat elan edib. ABŞ dövlət departamentinin məlumatına görə, Əş-Şimali İŞİD-in miqrasiya və logistika üzrə liderlərindən biridir və silahlıların Türkiyənin Qaziantep şəhərindən Suriyanın Cerablus şəhərinə gətirilməsinə görə cavabdehlik daşıyır.



İşgüzar və investisiya xarakterli Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zirvə toplantısı 20-22 noyabr tarixləri arası Malaziyanın Kuala-Lumpur şəhərində keçirilir. Liderlərin 27-ci görüşündə 10 üzv-ölkənin nümayəndələri bir araya gəlib.