ABŞ prezidenti Barak Obama İŞİD terror qruplaşmasının məhv edəcəyinə söz verib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bunu ABŞ prezidenti Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (CŞAÖA) liderlərinin görüşündə bildirib. "İŞİD-in məhv edilməsi təkcə real hədəf deyil. Biz onları məhv edəcəyik", - deyə Obama bəyan edib.

Obama, həmçinin İŞİD liderlərini tapmağa, qruplaşmanı maliyyə kanallarından məhrum etməyə və silahlıların nəzarət etdiyi əraziləri azad etməyə hazırlaşdığını qeyd edib.

"İŞİD-i məhv edəcəyik"

Barak Obama CŞAÖA sammitində çıxış edir

Daha əvvəl ABŞ İŞİD liderlərindən biri olan Əbu Məhəmməd Əş-Şimali haqda məlumata görə 5 milyon ABŞ dolları civarında mükafat elan edib. ABŞ dövlət departamentinin məlumatına görə, Əş-Şimali İŞİD-in miqrasiya və logistika üzrə liderlərindən biridir və silahlıların Türkiyənin Qaziantep şəhərindən Suriyanın Cerablus şəhərinə gətirilməsinə görə cavabdehlik daşıyır.

İşgüzar və investisiya xarakterli Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zirvə toplantısı 20-22 noyabr tarixləri arası Malaziyanın Kuala-Lumpur şəhərində keçirilir. Liderlərin 27-ci görüşündə 10 üzv-ölkənin nümayəndələri bir araya gəlib.

Milli.Az