Bakı, 23 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 23-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyinin orqan musiq zalında bəstəkar Ruhəngiz Qasımovanın anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarı yubileyi münasibətilə təbrik etdikdən sonra ona nazir Əbülfəs Qarayevin adından xatirə hədiyyəsi təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə çıxış edərək R. Qasımovanın yaradıcılığı haqqında fikirlərini bölüşüb. Onun Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi sənət incilərindən daşıb.
Gecədə yubilyarın bəstələri Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov və digər tanışmış və gənc ifaçılar tərəfindən səsləndirilib.