Bakı, 5 fevral, AzərTAc
Xəzər Universitetində bu ali təhsil ocağının və UNİCEF-in birgə təşkilatçılığı ilə “Potensial məktəb direktorları” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Universitetdən AzərTAc-a bildirilib ki, seminarda hazırkı məktəb direktorlarının məktəbin idarə edilməsi üzrə təcrübələri, sənədləşmə, tədbirlər, ilk addımlar və tövsiyələr kimi məsələlər müzakirə edilib. Eyni zamanda, məktəb direktorlarının təqdimatları olub, fikir mübadiləsi aparılıb.
Bu silsilə seminarlar sinifdəki öyrənmənin nə dərəcədə səmərəli olduğunu aşkara çıxarır və bunların təcrübədə necə tətbiq olunduğunu nümayiş etdirir.