Əhaliyə şad xəbər (VİDEO)

Əhaliyə şad xəbər (VİDEO)
20:41 29 Dekabr 2014
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda “ASAN xidmət”in yaranma günüdür. İki il əvvəl dekabrın 29-da prezident İlham Əliyevin iştirakı ilə ilk “ASAN xidmət” mərkəzinin açılışı olub. Gələn il isə artıq bütün ölkə “ASAN xidmət”dən istifadə edə biləcək. Gözlənən yenilikləri vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri İnam Kərimov açıqlayıb.

ANS TV-nin məlumatına görə, bu gün Azərbaycanda 7 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə indiyədək işi asanlaşan insanların sayı isə 3 milyon yarımı ötüb. Bura stasionar mərkəzlərlə yanaşı səyyar avtobusların fəaliyyəti də daxildir. Məhz 2014-cü ildə bu üsulla Cənubi Qafqaz boru kəmərinin keçdiyi rayonların sakinlərinə əmlakla bağlı xidmətləri “ASAN xidmət” öz üzərinə götürüb. Bu ilin bir mühüm hadisəsi isə artıq Bakı şəhərində ərazi üzrə qeydiyyat məhdudiyyətinin aradan qalxması oldu. Gələn il bir neçə bölgədə yeni mərkəzlərin açılması ilə ümumiyyətlə ölkə üzrə qeydiyyat məhdudiyyəti aradan qalxacaq.

İnam Kərimovun sözlərinə görə, gələn ilin ilk rübündə Bərdədə “ASAN xidmət” mərkəzi açılacaq: “Yay aylarının sonunda Qəbələ “ASAN xidmət” mərkəzi, gələn ilin sonunda Masallı “ASAN xidmət” mərkəzi açılacaq”.

Yəni, rayonda yaşayanlar Bakıda, paytaxt sakinləri isə istənilən rayonda yerləşən “ASAN xidmət”inə müraciət edə biləcəklər. Bundan başqa səyyar xidmətlərin əhatə dairəsini genişləndirmək üçün 6 yeni avtobus alınacaq. Və gələn ilin ilk rübündə artıq “ASAN xidmət” 10 səyyar avtobusla xidmət göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=316980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR