Azərbaycan GUAM-a sədrlik edəcək

Azərbaycan GUAM-a sədrlik edəcək
11:59 4 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Belqradda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

 

APA-nın “Regnum” agentliyinə istinadən verdiyi xəbərə görə, toplantıda əməkdaşlıq üzrə cari məsələlər, siyasi, digər sahələr və parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olunub. Şura Gürcüstan nümayəndəsi Valeri Çeçelaşviliyə GUAM baş katibi kimi uğurlu fəaliyyətinə görə təşəkkür edib. İclasda 1 yanvar tarixindən başlayaraq təşkilata sədrliyin Azərbaycan keçəcəyi, baş katibin isə Altay Əfəndiyev olacağı bildirilib.

 

Görüşdə GUAM-ın ABŞ, Yaponiya kimi tərəfdaş ölkələr, digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlığına yüksək qiymət verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR