Lənkəranda evləri su basdı, bir ailənin 4 üzvü köməksiz qaldı

Lənkəranda evləri su basdı, bir ailənin 4 üzvü köməksiz qaldı
14:43 4 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov-Trend:

Dünən axşamdan başlayan qeyri-sabit hava şəraiti Lənkəranda evlərin və həyətlərin su basması ilə nəticələnib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailə evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalan 4 nəfəri təhlükəsiz əraziyə çıxarıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2465191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR