Nazirlik, Palmira yaxınlığındakı Fransa dövlətinə aid ərazi ilə yanaşı Malaziyanın paytaxtı Kuala Lumpurdakı səfirliyinə aid yaşayış massivində olan binaları da təxminən 220 milyon euroya satışa çıxarıb.
Həmçinin Parisdə olan və artıq istifadə olunmayan hərbi hissə 118 milyon euroya, yenə Parisdə Ədliyyə Nazirliyinə aid bina 60 milyon euroya satışa çıxarılıb.
Suriyanın Palmira şəhəri yaxınlığında yerləşən ərazinin sahəsi, qiyməti və dəqiq yeri barədə isə məlumat verilməyib.
Palmira şəhəri bir müddət əvvəl İŞİD terror qruplaşması tərəfindən işğal edilmiş, UNESCO-nun mədəni irs siyahısına düşmüş qədim xarabalıqlar terrorçular tərəfindən məhv edilmişdi.