Fransa Suriyadan çıxır - torpaqlar satılır

Fransa Suriyadan çıxır - torpaqlar satılır
10:05 6 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın Maliyyə Nazirliyi Suriyada İŞİD terror qruplaşmasının nəzarətindəki qədim Palmira şəhərinin yaxınlığında yerlşən Fransa dövlətinə aid torpaq ərazisini satışa çıxarıb. Anspress-in məlumatına görə bu, 2016-cı ilin büdcəsi üçün ictimai xərclərin maliyyə mənbəyi barədə hazırlanan qanun layihəsinin senatda müzakirəsi zamanı gündəmə gəlib. Büdcə kəsirlərini azaltmağı planlaşdıran nazirlik gələn il üçün dövlətə aid 930 daşınmaz əmlakı satmaq istəyir. 

Nazirlik Palmira yaxınlığındakı Fransa dövlətinə aid ərazi ilə yanaşı Malaziyanın paytaxtı Kuala Lumpurdakı səfirliyinə aid yaşayış massivində olan binaları da təxminən 220 milyon euroya satışa çıxarıb. 

Həmçinin Parisdə olan və artıq istifadə olunmayan hərbi hissə 118 milyon avroya, yenə Parisdə Ədliyyə Nazirliyinə aid bina 60 milyon avroya satışa çıxarılıb. 

Suriyanın Palmira şəhəri yaxınlığında yerləşən ərazinin sahəsi, qiyməti və dəqiq yeri barədə isə məlumat verilməyib. 

Palmira şəhəri bir müddət əvvəl İŞİD terror qruplaşması tərəfindən işğal edilmiş, UNESCO-nun mədəni irs siyahısına düşmüş qədim xarabalıqlar terrorçular tərəfindən məhv edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR