"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"

"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
11:56 6 Dekabr 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur. Nəzərə alsaq ki, onlar suya iki gün əvvəl düşüblər və son günlər havalar soyuq keçir, belə nəticəyə gəlmək olar ki, onlar dünyasını dəyişib".

Bu fikirləri ANS PRESS-ə həkim Adil Qeybulla deyib. Onun sözlərinə görə, təkcə dünən axşamı götürsək havanın temperaturu 3 dərəcəyə qədər enib:

"Biz quruda yaşayırıq və son günlər havaların çox soyuq olduğunu özümüz hiss edirik. Dünən gecə hava +3 dərəcə olub. Bu temperatur quruda belədirsə dənizdə daha aşağıdır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, itkin düşən dənizçilərin orqanizminin belə soyuq havaya tab gətirməsi fizioloji cəhətdən mümkün deyil. Əgər yay fəsli olsaydı, onların sağ qalmaq şansı olardı. Hazırki havada isə çox güman ki, həmin şəxslər donublar".


Adil Qeybulla- Həkim

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 64 nəfər olub. Onlardan 2-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.


"Günəşli" nef yatağının 10-cu platformasındakı yanğın.


İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

10-cü platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir.


Həmçinin oxuyun:

Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)

"Reuters": Xəzərdə 32 nəfər ölüb

Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)

Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366569

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR