Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Tehran Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Tehran Səlimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayında Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov qeyri-rəsmi münasibətdə yaşadığı qadının bacısı oğlanları Elnur Nəsirova və qardaşı Orxana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Saxlanılan şəxsin hadisəsi sərxoş vəziyyətdə törətdiyi bildirilib.