Dini radikalizmə qarşı mübarizədə dünya ölkələri səylərini daha da artırmalıdır

Dini radikalizmə qarşı mübarizədə dünya ölkələri səylərini daha da artırmalıdır
20:33 7 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Bakıda “Dini radikalizmlə mübarizə: əsas hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib ki, bu gün dünyada dini radikalizm ciddi problemlərdəndir. Bəzi qüvvələr İslamı gözdən salmağa cəhd göstərirlər. Bu məsələlərin müzakirəsi bugünkü konfransın aktuallığını daha da artırır. Qlobal problemə çevrilən dini radikalizm, ekstremizm dünya ölkələri üçün təhdiddir. Buna qarşı mübarizə aparmaq üçün bütün ölkələr səylərini daha da artırmalıdır.
Bildirilib ki, dünyada bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda təzahür edib və bu gün də bu proses davam etməkdədir. İslam barışıq, ədalət, mərhəmət dinidir, onu gözdən salmaq cəhdləri yolverilməzdir.
Qeyd edilib ki, bu yaxınlarda Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Çünki xalqın öz dövlətinə olan inamı bu cür cinayətkar əməllərə heç cür rəvac verə bilməz.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər. Lakin terrorun milliyyəti, dini, irqi yoxdur. Komitə sədrinin sözlərinə görə, ekstremizm və radikalizm dində o zaman özünü büruzə verir ki, din faktiki olaraq öz mahiyyətindən kənara çıxır və insanın mənəviyyat aləmindən siyasi aləminə doğru transfer edir. Lakin unutmamalıyıq ki, din sırf mənəviyyatla bağlı olan məsələdir. M.Qurbanlı bildirib ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.
Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliyə əsasən dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı dəyişdirilərək “Dini ayinlər, mərasimlər və atributlar” adlanır. Dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan edilir. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanundan danışan komitə sədri deyib ki, yeni qanunun əsas məqsədi ölkəyə yeridilən xarici ideologiyanın qarşısının alınması, Azərbaycanda klassik İslam modelinin saxlanmasıdır.
Konfransda Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış edərək ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar. Qeyd ediblər ki, tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycanda ayrı-ayrı millətlərin və dini konfessiyaların əmin-amanlıq içərisində yaşaması üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki tolerantlıq ənənələrini, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri yolverilməzdir. Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür, dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır. Bildirilib ki, Nardaranda baş verən hadisələr din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını açıb göstərdi. Çıxış edənlər bu hadisələri kəskin şəkildə pisləyiblər.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Liverpul"un "Barselona"dan istədiyi məbləğ - ŞOK RƏQƏM

21 Sentyabr 2017 09:17

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2017 09:12

"Qalatasaray" transferə başladı: milli üzvü...

21 Sentyabr 2017 09:07

Yaponiyada güclü zəlzələ

21 Sentyabr 2017 09:03

Kaliforniya prokuroru Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı İDDİA QALDIRDI

21 Sentyabr 2017 08:58

Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə İŞIQSIZ QALDI

21 Sentyabr 2017 08:48

KXDR-in xarici işlər naziri Trampı təhqir edib

21 Sentyabr 2017 08:47

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatdı

21 Sentyabr 2017 08:38

Budaq Portuqaliyada yenilgiyə üzüldü

21 Sentyabr 2017 08:37

"Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev

21 Sentyabr 2017 08:27

Britni Spirs Olimpiya oyunlarında iştirak edəcək - VİDEO

21 Sentyabr 2017 08:23

Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc ölüb

21 Sentyabr 2017 08:22

Ərdoğan Putinlə görüşəcək - sentyabrın 28-də

21 Sentyabr 2017 08:13

Kamran Ağayev oynadı, darmadağına sevindi

21 Sentyabr 2017 08:07

Paytaxtda “Opel” yandı

21 Sentyabr 2017 07:49

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 07:48

ABŞ-da prokuror prezidentə qarşı iddia qaldırdı

21 Sentyabr 2017 07:44

Ər arvadını döyüb xəstəxanalıq etdi - Gəncədə

21 Sentyabr 2017 07:39

Çilidə naməlum şəxslər kilsələri yandırıblar

21 Sentyabr 2017 07:37

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18

Bu il istehsal edilən kənd təsərrüfatı məhsullarının dəyəri 4 milyon manatdan çox olub

21 Sentyabr 2017 02:03

"Mariya" qasırğası ikinci dərəcəli fırtınaya qədər zəifləyib

21 Sentyabr 2017 02:02