Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində səkkiz görüş oynanılacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində səkkiz görüş oynanılacaq
13:13 8 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son turun oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma baş tutacaq.
A qrupunun lideri Madridin “Real” klubu öz meydanında “Malmö”nü (İsveç) qəbul edəcək. Bu qrupda növbəti mərhələyə vəsiqəni təmin edən digər komanda - PSJ (Fransa) isə “Şaxtyor” (Ukrayna) ilə qarşılaşacaq.
B qrupunda hər iki oyun maraq kəsb edir. Belə ki, “Volfsburq” (Almaniya), “Mançester Yunayted” (İngiltərə) və PSV (Hollandiya) növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını saxlayırlar. MOİK (Moskva) isə Avropa Liqasında növbəti mərhələyə qatılmaq üçün səy göstərəcək.
C qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar artıq məlumdur. “Benfika” (Portuqaliya) - “Atletiko” (İspaniya) görüşü yalnız qrup birincisinin kim olacağına aydınlıq gətirəcək. Qrupun digər matçında isə “Qalatasaray”(Türkiyə) “Astana”nı (Qazaxıstan) qəbul edəcək. Mübarizəni UEFA Avropa Liqasında davam etdirmək üçün İstanbul təmsilçisinə bu oyunda bir xal qazanmaq da kifayət edir.
D qrupunda da səkkizdəbir finalçılar bəllidir. “Sevilya”nın (İspaniya) qonağı olacaq lider “Yuventus”(İtaliya) qrup yarışlarını birinci pillədə başa vurmağa daha yaxındır. “Mançester Siti” (İngiltərə) isə öz meydanında Münhenqladbax “Borussiya”sı (Almaniya) ilə qarşılaşacaq. İngilislərin növbəti mərhələyə qrup birincisi kimi yüksəlməsi üçün “Sevilya” “Yuventus”a qalib gəlməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_UEFA_CHempionlar_Liqasinin_qrup_merhelesinde_sekkiz_gorus_oynanilacaq-909256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR