Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb

Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb
12:48 9 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Madridin "Real" klubunun forvardı Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsi tarixində yeni bir rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, Ronaldo qrup mərhələsinin 6-cı turunda "Malmö"nün (İsveç) qapısından dörd top keçirməklə turnirdə vurduğu qolların sayını 11-ə çatdırıb. Bununla 30 yaşlı portuqaliyalı turnirin qrup mərhələsində yeni rekord sahibi olub.
Qeyd edək ki, "Real" - "Malmö" (İsveç) görüşü 8:0 hesabı ilə başa çatıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR