Malayziyanın Baş naziri korrupsiya qalmaqalına baxmayaraq istefa verməyəcəyini bildirib

19:53 10 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 10 dekabr, AZƏRTAC.
Malayziyanın Baş naziri Nacib Razak artıq bir neçə aydır davam edən korrupsiya qalmaqalına baxmayaraq, istefa verməyəcəyini bildirib. Qalmaqal Baş nazirin hesablarında 2,6 milyon rinqit (təqribən 612 milyon dollar) aşkar edildikdən sonra başlanıb.
Hökumətin başçısı istefa məsələsinin gündəlikdə olmadığını rəhbərlik etdiyi hakim Birləşmiş Malay Milli Təşkilatının (BMMT) paytaxt Kuala-Lumpurda keçirilən illik qurultayında bildirib. Baş nazir deyib: “Hətta ciddi çağırışlara baxmayaraq, mən təslim olmayacağam və heç yerə getməyəcəyəm. Çünki əksəriyyət məni dəstəkləyir”. Öz siyasi əleyhdarlarını isə o, “masa arxasına əyləşərək bütün problemləri qanun yolu ilə müzakirə etməyə” çağırıb.
N.Razak, həmçinin xatırladıb ki, Baş nazirin müavini Əhməd Zahid Hamidi parlamentdə bu böyük məbləğin qaynağı barədə izahat verib. Ə.Z.Hamidi əvvəllər bildirmişdi ki, bu vəsait “siyasi məqsədlər üçün verilmiş ianədir və antikorrupsiya idarəsi onun mənbəyini bilir”. Baş nazirin müavini əlavə edərək demişdi: “Müvafiq məlumat Malayziya Mərkəzi Bankına da verilib. İstənilən demokratik sistemlərdə siyasi qüvvələr, o cümlədən müxalifət ianə qəbul etmək hüququna malikdir. Bundan başqa, Malayziyada bu praktikanı qadağan edən qanun yoxdur”.
Nacib Razakın təcili istefası tələbi ilə əvvəlcə BMMT-nin sədr müavini Muhiddin Yasin çıxış etmişdi. M.Yasin bildirmişdi ki, “böyük məbləğdə möhtəkirlik, həmçinin hələ də cavabsız qalmış suallar bizim siyasi təşkilatımıza kölgə salır”. BMMT sədrinin müavini demişdi ki, Baş nazir öz səalihiyyətlərinin icrasından imtina etməli və istirahətə getməlidir. Belə olan halda davam edən istintaqın gedişinə heç kimin müdaxilə etməyəcəyi və onun azad aparılacağı daha aşkar şəkildə ortaya çıxardı.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyanin_Bas_naziri_korrupsiya_qalmaqalina_baxmayaraq_istefa_vermeyeceyini_bildirib-910153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR