Mərakeş polisi Parisdə törədilən terror aktlarının təşkilatçıları barədə həbs qərarı verib

Mərakeş polisi Parisdə törədilən terror aktlarının təşkilatçıları barədə həbs qərarı verib
01:08 11 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Rabat, 11 dekabr, AZƏRTAC 
Mərakeş polisi noyabrın 13-də Parisdə törədilmiş terror aktlarının təşkilində günahlandırılan Salah Adeslam və Məhəmməd Abrini haqqında həbs qərarı verərək, onların ölkə ərazisində axtarışını elan edib.
Polis terrorçuluqda şübhəli bilinən bu şəxslərin fotolarını yayıb və onları görənlərdən polisə xəbər vermələrini istəyib. Ehtimal olunur ki, onların Mərakeş ərazisində ola biləcəkləri ilə bağlı Fransa hüquq mühafizə orqanlarından məlumat daxil olub. Hazırda bu iki şəxs bir neçə Avropa ölkəsində də axtarışdadır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merakes_polisi_Parisde_toredilen_terror_aktlarinin_teskilatchilari_barede_hebs_qerari_verib-910227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR