Zeynəb Xanlarovaya xəbərdarlıq edildi (FOTO)

Zeynəb Xanlarovaya xəbərdarlıq edildi (FOTO)
18:21 11 Dekabr 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib.

ANS PRESS-in məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iclasda iştirak etməyən deputatların məsələsini qaldırıb. O, toplantıya qatılmayan komitə üzvlərindən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevanın adlarını çəkərək bu halın növbəti iclasda da davam edəcəyi halda parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi müraciət edəcəyini bildirib: “Komitə üzvlərimizin sayında onsuz da məhdudiyyət var. Bunların da iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə sadəcə, xəbərdarlıq edirəm, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm”.



Zeynəb Xanlarova


Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. “Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR