Qaradağ rayonunda “Dünya siyasi məkanı və Heydər Əliyev” mövzusunda konfrans keçirilib

Qaradağ rayonunda “Dünya siyasi məkanı və Heydər Əliyev” mövzusunda konfrans keçirilib
20:13 11 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Dünya siyasi məkanı və Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Ulu Öndərin zəngin həyat yolunu əks etdirən qısametrajlı film nümayiş olunub.
Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitlik yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Buna görə də Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu kimi daxil olub.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətin sükanı arxasına keçən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirdiyini qeyd edib. Vurğulayıb ki, Ulu Öndər nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Bu gün ölkəmiz Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov çıxışında Ulu Öndərin misilsiz xidmətlərindən söz açıb, Vətənini hədsiz dərəcədə sevən bu böyük şəxsiyyətin tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə son dərəcə böyük diqqət və hörmətlə yanaşdığını konkret faktlarla diqqətə çatdırıb.
Ulu Öndərin dövlətçilik təcrübəsindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov Heydər Əliyevin bütün maneələri dəf edərək Azərbaycanı təlatümlü zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb.
Daha sonra çıxış edənlər də bildiriblər ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev zamanın fövqündə dayanan, tarix yaradan nadir şəxsiyyət, güclü xarizmatik lider, fenomenal siyasətçi və dövlət xadimi olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradag_rayonunda_Dunya_siyasi_mekani_ve_Heyder_Aliyev_movzusunda_konfrans_kechirilib-910503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR