Gəncədə yanan evin sahibi xəstəxanaya düşdü

Gəncədə yanan evin sahibi xəstəxanaya düşdü
05:04 13 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şahsevənlər küçəsi ev 81-də qeydə alınıb. Yaşayış evinin mətbəxində baş verən yanğın zamanı 15 kvadratmetr sahəsi olan mətbəxin tavan hissə yanaraq yararsız hala düşüb. Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alov söndürülüb. Ev sahibi, 1959-cu il təvəllüdlü Əlağa Səlimov yanğın zamanı xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona yuxarı ətrafın 2-ci dərəcəli yanğını diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ə. Səlimov yanğın başlayan zaman söndürmək istəyərkən yandığını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR