“Qatar Airways” növbəti mövsümi endirim kampaniyasına başlayıb

“Qatar Airways” növbəti mövsümi endirim kampaniyasına başlayıb
13:38 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
“Qatar Airways” növbəti mövsümi endirim kampaniyasına başlayıb. “Qatar Airways”in sərnişinləri səyahət zamanı beş ulduzlu xidmətlə yanaşı həm də səyahət büdcələrinə qənaət etmiş olacaqlar.
“Qatar Airways”in Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Qatar Airways”in sürətlə böyüyən qlobal şəbəkəsi müştərilərə endirimli qiymətlərlə 150-dən çox istiqamətə rahat uçuş imkanı və mükəmməl səyahət təcrübəsi yaşamaq imkanı yaradır. Sərnişinlər Yaxın Şərq, Hindistan, Avstraliya və Asiya istiqamətləri üzrə ekonom siniflərində hər şey daxil 25 faizə qədər endirimlər əldə edəcəklər. 2015-ci il dekabrın 17-dək həyata keçirilən xüsusi endirim kampaniyası yalnız Bakıdan olan uçuşlar üçün keçərlidir. Uçuşlar Bangkok, Maldiv, Cakarta, Perv, Phuket, Sinqapur, Kuala-Lumpur, Kolombo, Lahor, Hanoy, Muskat, Ras El Khaimah, Dubay və Abu-Dabi istiqamətləri üzrə endirimli qiymətlərlə həyata keçiriləcək.
Endirimli qiymətlərdən faydalanmaq istəyən lakin ödənişi onlayn qaydada etmək istəməyən müştərilər üçün artıq uçuşun məbləğini “Qatar Aiways”in rəsmi satış ofisində ödəməklə biletə sahib olmaq mümkündür. Bunun üçün sayta daxil olub bileti onlayn qaydada rezervasiya etmək və rezervasiya kodunu satış ofisindəki “Qatar Airways” əməkdaşlarına vermək yetərlidir. Bileti onlayn rezervasiya edib satış ofisindən alan zaman heç bir əlavə ödəniş edilmir.
Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” satış ofislərindən, www.qatarairways.com veb saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qatar_Airways_novbeti_movsumi_endirim_kampaniyasina_baslayib-911334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR