Azərbaycanda ilk: məhkəmə tənqidçi Elnarə Tofiqqızının ölümünə görə mənəvi təzminatı artırıb

Azərbaycanda ilk: məhkəmə tənqidçi Elnarə Tofiqqızının ölümünə görə mənəvi təzminatı artırıb
16:09 15 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davasına bu gün Ali Məhkəmədə baxılıb.

 

Lent.az-ın axar.az-a istinadən məlumatına görə, bu barədə açıqlama verən zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layıcov bildirib ki, bugünkü prosesdə Ali Məhkəmə tərəfindən zərərçəkənin şikayəti qismən təmin edilib:

 

“Kassasiya şikayətimiz qismən təmin olundu və Apelyasiya Məhkəməsinin qərarının mənəvi zərərlə bağlı hissəsinə dəyişiklik edildi. Ali Məhkəmə klinakadan, eyni zamanda, digər həkimlərdən tutulan mənəvi təzminatın məbləğini bir qədər də artıraraq, 75 min manata çatdırdı”.

 

Aqil Layıcov bildirib ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov tərəfindən yaradılan bu ilk müsbət presedent Ali Məhkəmədə daha da genişləndirilib:

 

“Etiraf edək ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsindən sonra başlayan istintaq işi və məhkəmə prosesləri, onların ciddi şəkildə ictimailəşməsi cəmiyyətdə həkim səhlənkarlığı ilə bağlı şikayətlərin sayına müəyyən qədər də olsa, təsir edib və həkim məsuliyyətsizliyinin qismən azaldığını statistika da təsdiqləyir. Bu, o deməkdir ki, Anar Niftəliyevin mərhum Elnarə Tofiqqozının timsalında ortaya qoyduğu prinsipiallıq, hüquq-mühafizə orqanlarının qətiyyəti və məhkəmə sisteminin bu məsələdə ciddi bir presedentin əsasını qoyması cəmiyyətə önəmli bir mesaj verib. Mesaj ondan ibarətdir ki, həkimlər artıq öz məsuliyyətini daha ciddi şəkildə dərk etməyə məcburdurlar. İndiyə qədər Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun prosesdəki humanist səyləri və başlatdığı presedentin rolu çox böyük oldu. İkram Şirinova, eyni zamanda, bu məhkəmə prosesinin uğurla başa çatmasında xüsusi rol oynayan Ali Məhkəmənin hakimlərinə - Əhməd Nurməmmədova, İslam Əliyevə və Akif İsgəndərova dərin təşəkkürlərimi bildirirəm. Onlar həkim məsuliyyətsizliyinin qarşısına böyük bir iradə ilə çıxdılar”.

 

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov “Medi Sina” klinikasına qarşı cinayət işinin başlanması barədə çıxardığı qərarı Baş Prokurorluğa göndərib. Eyni zamanda, iddiaçıların maddi və mənəvi tələbinin yalnız mənəvi hissəsini qismən təmin etməklə, “Medi Sina” klinikasının 20 min, anestezioloq Firuz İbrahimovun 10 min, cərrah Mahir Məmmədovun 6 min, asistent Fərəcullah İdrisovun 6 min (ümumilikdə 42 min) zərərçəkənin ailəsinə ödəməsinə qərar verib.

 

İkram Şirinovun qəbul etdiyi qərarda zərərçəkən tərəfə maddi təzminat üçün ayrıca iddia qaldırması barədə müstəsna hüququnun olduğu da xatırladılıb.

 

Ali Məhkəmənin bu gün keçirilən iclasında isə zərərçəkən tərəfin mənəvi təzminatın artırılması barədə iddiası qismən təmin edilib. Belə ki, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən iclasın verdiyi qərara əsasən, “Medi Sina” klinikası 40 min, anestezioloq F.İbrahimov 15 min, cərrah Mahir Məmmədov 10 min, asistent Fərəcullah İdrisov 10 min manat mənəvi təzminat ödəməlidir.

 

Zərərçəkən Anar Niftəliyev açıqlamasında bildirib ki, Azərbaycanda mənəvi təzminat olaraq bu məbləğ ilk presedentdir:

 

“Hakimlərə ədalətli qərarlarına görə təşəkkür edirəm. İlk presedent olduğu üçün bu qərarı dəstəkləyirik. Ancaq əlbəttə ki, bu məbləğ Avropa meyarları üçün çox simvolik hesab olunur. Ona görə də mənəvi təzminatla bağlı iddiamızın Avropa Məhkəməsinə göndərilməsində qərarlıyıq.

 

Maddi təzminatla bağlı iddiamızı isə, qərarda göstərildiyi kimi, ilkin məhkəmə instansiyasına verəcəyik”.

 

Anar Niftəliyev artıq sözün Baş Prokurorluqda olduğunu da nəzərə çatdırdı:

 

“Məndə olan məlumata görə, “Medi Sina” klinikasının sahibi Muğdət Həşimov hazırda dələduzluq maddəsi ilə həbs edilib, onun 3 sahibkarın etibarından sui-istifadə etməklə bir milyon manat miqdarında pul mənimsədiyi bildirilir. İnanıram ki, “Medi Sina” klinikası ilə bağlı məhkəmənin verdiyi qərarı da Baş Prokurorluq ciddi araşdıracaq və günahkarları layiqincə cəzalandıracaq”.

 

Qeyd edək ki, tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı dünyasını dəyişib. Onun iki azyaşlı qız övladı var.

 

2015-ci il avqustun 31-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimov Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən insan ölümünə səbəb olma) və 320.1 (sənəd saxtakarlığı) maddələri əsasında 2,5 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalındaca həbsə alınıb.

 

Hazırda anestezioloq F.İbrahimovla bağlı proses Ali Məhkəməyə göndərilib. Bu cinayət işi dekabrın 22-də, saat 9:40-da hakim Fərhad Kərimovun sədrliyi ilə davam edəcək.

 

Asistent Fərəcullah İdrisovla bağlı açılan cinayət işi isə Bakı şəhər BPİ-də tamamlanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. F.İdrisov CM-nin 29.178-ci maddəsi ilə təqsirləndirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11

Bir ailənin 5 üzvü zəhərləndi - Balakəndə

25 Sentyabr 2017 22:09

"Qəbələ" "Neftçi"yə divan tutdu - 7:1

25 Sentyabr 2017 22:07

Naim Süleymanoğlu ölüm ayağında - Təcili...

25 Sentyabr 2017 21:58

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

25 Sentyabr 2017 21:52

"Ordumuz İraqa girə bilər" -

25 Sentyabr 2017 21:50

Dünyanın ən bahalı brendləri açıqlandı - SİYAHI

25 Sentyabr 2017 21:49

Prezidentdən SƏRƏNCAM: Ziya Məmmədovun adı çıxarılsın

25 Sentyabr 2017 21:48

Mingəçevirdə sürücü içkili vəziyyətdə maşını dairəyə çırpıb, 6 nəfər yaralanıb

25 Sentyabr 2017 21:47

Tovuzda FACİƏ: Usta "laqonda" ilə ayağını doğradı

25 Sentyabr 2017 21:43

Mixail Qusmana "Kavaler" ordeni təqdim edildi

25 Sentyabr 2017 21:33

SON DƏQİQƏ:Türkiyə və İraq hərəkətə keçdi -

25 Sentyabr 2017 21:30

İraq və Türkiyə birgə hərbi təlimlərə başladı

25 Sentyabr 2017 21:29

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

25 Sentyabr 2017 21:28

ABŞ-ın başına 5 milyon pul qoyduğu çeçenin cəsədi tapıldı - FOTO (18+)

25 Sentyabr 2017 21:23

İraq Kürdüstanında səsvermə başa çatdı

25 Sentyabr 2017 21:19

Hitlerin gizli nüvə mərkəzi tapıldı

25 Sentyabr 2017 21:18