Yusif Ağayev aparıcısı olduğu "10dan sonra" verilişində xalq artisti Zeynəb Xanlarovaya səslənib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, studiyada Zeynəb xanımın repertuarından "Sənsən" mahnısı səslənəndən sonra Yusif sənətkarı studiyasında görmək arzusunu dilə gətirib:

"Ən böyük arzularımdan biridir ki, Zeynəb xanım gəlib bizm studiyada əyləşin, şərəf versin bizə. Tək o olsun efirdə. İki saat ərzində mahnılarını səsləndirsin. Zeynəb xanım əvəzsiz sənətkardır. Biz onun mahnıları ilə böyümüşük. Ümid edirəm ki, verilişi izləyir və dediklərimi eşidir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yusif Ağayev Zeynəb Xanlarovadan nə istədi? - VİDEOYusif Ağayev Zeynəb Xanlarovadan nə istədi?