Azərbaycanlı qızı Türkiyənin mötəbər şəxsləri ilə bir arada (FOTO)

Azərbaycanlı qızı Türkiyənin mötəbər şəxsləri ilə bir arada (FOTO)
12:41 30 Dekabr 2014
95 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın əməkdar artisti Azərin daha bir mötəbər mükafat alıb.

ANS PRESS-in məlumatına görə, xanım sənətçimiz Türkiyədə Balkanlardan Qafqaza qədər Azərbaycan musiqisini yüksək şəkildə təmsil edən sənət adamı adına layiq görülüb.

Əməkdar artisti bu yüksək ada "Motif" vəqfi layiq bilib. O, İstanbulda keçirilən ''20. Motif Halk Bilim Ödülleri Töreni''nin dəvətini qəbul edərək şəxsən özü təqdimetmə mərasiminə qatılıb.

Azərin xanım bu uğurunu ANS PRESS-lə bölüşüb. "Mənə təqdim edilən bu mükafat Türkiyədə çox mötəbərdir. "Motif xalq bilim ödülləri" təqdimatında Balkanlardan Qafqaza qədər Azərbaycan musiqisini yüksək şəkildə təmsil edən sənət adamı olaraq məni mükafatlandırdılar. Bu mənim üçün çox qürurverici bir hadisədir" - deyə, əməkdar artist bildirib.

Azərbaycanlı sənətçi ilə birlikdə mükafat alanlar sırasında adlı-sanlı sənətçilərlə birlikdə TÜRKSOY, TRT, CNN Türk, NTV, Kanal D, Kanal Türk, TRT AVAZ , TRT Çocuk TV, Show TV telekanalları var.
"20-ci Motif Halk Bilim Ödülleri" İstanbul Böyükşəhir Bələdiyəsi və Türkiyənin Sosial İşlər Nazirliyinə də təqdim edilib.




















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=316933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR