Ermənilər cəbhədə yenə təxribata əl atdılar

Ermənilər cəbhədə yenə təxribata əl atdılar
17:17 19 Dekabr 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində gərginlik yaratmaqda davam edir.

APA xəbər verir ki, erməni hərbçiləri bu gün saat 12:30 radələrində Ağdamın işğal altında olan Baş Qərvənd kəndi ərazisindən Azərbaycan Ordusunun Çıraqlı, Ayaq Qərvənd kəndlərində yerləşən mövqelərini minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Azərbaycan Ordusu ermənilərin atış mövqelərini vurduqdan sonra cəbhə xəttində sakitlik yaranıb.
 
İki saatlıq sükutdan sonra cəbhə xəttində yenidən atəş səsləri eşidilib. İriçaplı pulemyotlardan açılan atəş səsləri hazırda rayonun bütün yaşayış məntəqələrindən eşidilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR