“Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin təqdimatı keçirilib

15:42 23 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Tədbirdə bildirilib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Ağdam rayonuna virtual səyahətə çıxır.
Həmçinin vurğulanıb ki, tarixi təhriflərin qarşısının alınması məqsədi ilə xalq şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında çəkilən “Qarabağ Atı” animasiya filminin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə tövhə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır: “Eyni zamanda, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır”.
Gənclər və idman naziri Azad Rəhimov isə çıxışında qeyd edib ki, davamlı olaraq bu cür filmlər istehsal olunur: “Əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsidir”.
Çıxışdan sonra yeni filmlərə baxış keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/qarabagin-dovlet-ehemiyyetli-tarixi-abidelerinin-elektron-xeritesi-nin-teqdimat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR