Müğənni Ledi Qaqaya Yeni il hədiyyəsi olaraq ağ at bağışlanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı atının fotolarını İnstaqram səhifəsində paylaşaraq yazıb:
“Bu gün evimin kandarında göydən enmiş ağ mələk peyda olub. Karyerama başladığım ilk günlərə qayıtdım. Onda da bu qədər həyəcanlı idim. Ona qulluq edib, onu çox sevəcəyəm. Çox möhtəşəmdir”.
Qeyd edək ki, atlar Ledi Qaqanın ən sevimli heyvanıdır.