Avtomobil traktora çırpıldı – sürücü öldü

Avtomobil traktora çırpıldı – sürücü öldü
13:59 25 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunun Boyat kəndində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 24-də saat 19 radələrində Ağcabədi rayonunun Boyat kəndində kənd sakini Musa Qarayevin idarə etdiyi “T-28” markalı traktorla Ağdam rayon sakini Akif Ağaməmmədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə A.Ağaməmmədov hadisə yerində ölüb.

 

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR