Ermənistanın Azərbaycana hərbi təcavüzü dünyada sülhə, sabitliyə təhdiddir

15:03 25 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Bu fikir TDƏŞ-in Ağsaqqallar Şurasının iclasında səsləndirilib
İstanbul, 25 dekabr, AZƏRTAC
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Ağsaqqallar Şurasının İstanbulda keçirilən X toplantısında Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa İsen Azərbaycan ərazisinin iyirmi faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmasının yolverilməz olduğunu bildirib. O, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu vurğulayıb.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxışında Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn normaları çərçivəsində həllinə çalışsa da, Ermənistan beynəlxalq hüququn normalarına məhəl qoymur.
Çıxışlarda vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyada sülhə, sabitliyə və ümumi inkişafa təhdiddir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR