Deputatın ailəsinə ağıt itki üz verdi (FOTO)

Deputatın ailəsinə ağıt itki üz verdi (FOTO)
12:26 26 Dekabr 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Millət vəkili Elmira Axundovanın ailəsində ağır itki baş verib.

ANS PRESS-in məlumatına görə, deputatın həyat yoldaşı, rejissor Ramiz Həbib oğlu Axundov bu gün dünyasını dəyişib. Millət vəkili ANS PRESS-ə bildirib ki, həyat yoldaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

"Yoldaşım 5 ilə yaxın idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Amma son bir ayda onun vəziyyəti daha da ağırlaşmışdı. Gecə yatdı və səhər oyanmadı. Çox güman ki, ürək çatışmamazlığından ölüb", - deyə millət vəkili vurğulayıb.

Mərhum bu gün dəfn ediləcək.

Ramiz Axundov və Elmira Axundova


Məşhur rejissor, 35 sənədli filmin müəllifi, ilk rəngli filmin rejissoru, prezident təqaüdçüsü Ramiz Həbib oğlu Axundov 78 yaşında dünyasını dəyişib. Azərbaycan Televiziyasının yaradıcılarından biri olan R.Axundov "Sərhəd bağlıdır" (film, 1962), "Bu, Səttar Bəhlulzadədir" (film, 1969), "Sənət yollarında" (film, 1974), "Habil Kaman" (film, 1984), "Qayıdış" (film, 1988) və s. kimi filmlərə rejisorluq edib.


Ramiz Axundov, Elmira Axundova və oğulları Həbib

Ramiz Axundov və Elmira Axundovanın ailəsi


Ramiz Axundov və Elmira Axundovanın bu evlilikdən iki övladı, bir nəvəsi var.
Allah rəhmət eləsin.


Elmira Axundovanın oğlu, gəlini, qızı, nəvəsi və qudası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR