İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb

İtkin düşən neftçilərdən birinin cəsədi tapılıb
13:06 27 Dekabr 2015
91 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb. 

Axşam.az xəbər verir ki, bu barədə virtualaz.org-a Bakının Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
 
Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.
 
Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Faciədə ölənlərdən 23nün meyiti hələ tapılmayıb. Bundan başqa dekabrın 4-də Neft Daşlarında da 3 nefti güclü külək səbəbindən dənizə düşüb və itkin hesab edilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR