Bakıda Yeni il yolkası yandı

Bakıda Yeni il yolkası yandı
15:31 1 Yanvar 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Yeni il yolkası yanıb.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata əsasən Xətai rayonunda yeni il şənliyi üçün quraşdırılmış hündürlüyü 10 m olan süni şam ağacı yanmışdır.

Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Qeyd edək ki, bir neçə gün öncə Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etmişdi. Həmin müraciətdə qeyd olunurdu ki, hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR